...

Bakıda uşaqlar üçün aksiya keçirilir

Cəmiyyət Materials 23 May 2012 08:50 (UTC +04:00)
Bakının Səbayel rayonunda uşaqlar üçün yeni aksiyanın keçirilməsinə başlanılıb.
Bakıda uşaqlar üçün aksiya keçirilir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Bakıda uşaqlar üçün yeni aksiyanın keçirilməsinə başlanılıb. Bunu çərşənbə günü Trend-ə Bakının Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib.

Kərimov bildirib ki, iyunun 1-dək hər gün 200 uşağın pulsuz uşaq filmlərinə baxması təmin ediləcək.

Onun sözlərinə görə, bu tədbir 1 iyun- Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilir. Aksiyada aztəminatlı ailələrin uşaqları olacaq. Kampaniyanın məqsədi uşaqlarının asudə vaxtını səmərəli təşkil etməkdir.

Kərimov bildirib ki, Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar əlilliyi olan uşaqlar üçün də xüsusi tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti