...

Ali məktəblərə qəbul olan abituriyentlərin işi asanlaşacaq

Cəmiyyət Materials 25 May 2012 13:50 (UTC +04:00)
Gələcəkdə ali məktəbə qəbul olan məzunların daxil olduqları təhsil müəssisəsinə attestatlarını təqdim etməsinə ehtiyac qalmayacaq.
Ali məktəblərə qəbul olan abituriyentlərin işi asanlaşacaq

Azərbaycan, Bakı, 25 may / Trend müxbir İ.İsabalayeva/

Gələcəkdə ali məktəbə qəbul olan məzunların daxil olduqları təhsil müəssisəsinə attestatlarını təqdim etməsinə ehtiyac qalmayacaq. Trend-in məlumatınma görə, bunu cümə günü keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq, bu ilin məzunlarına elektron attestatlar veriləcək. Bunun nəticəsində qəbul imtahanlarında iştirak etmək istəyən builki məzunların öz attestatlarını TQDK-ya təqdim etməsinə ehtiyac qalmayacaq.

"Onlar ali məktəbə qəbul olsalar, daxil olduqları təhsil müəssisəsinə attestatlarını təqdim etməyə də bilərlər. Çünki həmin attestatlar elektron formada ali məktəblərə də göndəriləcək", - komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti