...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Cəmiyyət Materials 28 May 2012 16:51 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 29-da Qazaxıstan Respublikasına səfərə yola düşür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Azərbaycan, Bakı, 28 may /Trend /

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 29-da Qazaxıstan Respublikasına səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, səfərdən məqsəd 30-31may tarixlərində Astanada keçiriləcək Dünya dinləri və ənənəvi dinlərin liderlərinin IV qurultayında iştirak etməkdir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə hər üç ildən bir keçirilmə ənənəsi qoyulmuş bu qurultayların əvvəlkilərinin də iştirakçısı olmuş QMİ sədri Şeyxülislam A. Paşazadəyə növbəti qurultayda iştirak üçün dəvət məktubunu Qazaxıstan Parlamenti sədrinin xüsusi nümayəndəsi şəxsən təqdim etmişdir.

Astananın Sülh və Həmrəylik Sarayında keçiriləcək Qurultayda dünyanın nüfuzlu dini liderlərinin və beynəlxalq qurumların rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Qurultay çərçivəsində "Sülh və həmrəylik bəşəriyyətin seçimi kimi" mövzusunda plenar iclas, "Dini liderlərin sabit inkişafa nail olunmasında rolu", "Din və multikulturalizm", "Din və qadın: mənəvi dəyərlər və müasir çağırışlar", "Din və gənclik" mövzularında bölmə iclaslarının keçirilməsi, yekunlara dair Müraciətin qəbulu nəzərdə tutulur.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qurultayda məruzə ilə çıxış edəcəkdir.

Xəbər lenti

Xəbər lenti