...

TQDK Təhsil Nazirliyinin qızıl medallarla bağlı təklifindən imtina etdi

Cəmiyyət Materials 28 İyun 2012 19:27 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin qızıl medalların həmin qurum tərəfindən verilməsi təklifini qəbul etməyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
TQDK Təhsil Nazirliyinin qızıl medallarla bağlı təklifindən imtina etdi

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin qızıl medalların həmin qurum tərəfindən verilməsi təklifini qəbul etməyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən məktəb direktorlarına medala namizəd məzunlara hələlik attestatların yazılmaması barədə məktub göndərilib.

Nazir deyib ki, respublika üzrə qızıl medala namizəd məzunların ümumi sayı bəlli olduqdan sonra səmərəli qərar qəbul ediləcək.

Mərdanov məzunlara attestatların verilməsində süni problemlərin yaradılmadığını da bildirib.

O, TQDK sədri Məleykə Abbaszadənin söylədiyinin əksinə olaraq, Təhsil Nazirliyinin məzunlarla bağlı məlumat bazasında problemin olmadığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti