...

IDEA kampaniyası "Eco Cinema" layihəsi çərçivəsində növbəti film nümayişi keçirib (FOTO)

Cəmiyyət Materials 13 İyul 2012 19:28 (UTC +04:00)
12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyası “Eco Cinema” layihəsinin icrasını uğurla davam etdirir.
IDEA kampaniyası "Eco Cinema" layihəsi çərçivəsində növbəti film nümayişi keçirib (FOTO)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyası "Eco Cinema" layihəsinin icrasını uğurla davam etdirir.

Qeyd edək ki, "Eco Cinema" layihəsi çərçivəsində IDEA kampaniyasının Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində iki həftədən bir tələbələrə ətraf mühit məsələlərinə həsr edilmiş filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub ki, bu da artıq geniş tələbə auditoriyası tərəfindən böyük marağa səbəb olub.

Trend-in məlumatına görə, "Eco Cinema" layihəsi çərçivəsində tələbələrə növbəti dəfə iyul ayının 13-də dünya şöhrətli "Böyük Möcüzə" (Big Miracle) bədii filmi nümayiş olunub. "Böyük Möcüzə" filmi 2012-ci ildə ictimayyətə təqdim olunub və qısa zamanda şöhrət qazanıb.

Filmin əsas hadisələri sonsuz Alyaska buz səhralarında baş verir. Filmdə buz tələsinə düşmüş balina ailəsinin xilasından söhbət açılır. Yaxınlıqda yerləşən kiçik şəhərciyin sakinləri də balinaların xilası üçün əllərində gələni əsirgəmirlər. "Böyük Möcüzə" filmi cəmiyyəti təbiətə və onun canlılarına daha çox diqqət və qayğı yetirməyə sövq edir. Film həmçinin ölkələri ətraf mühit məsələləri ətrafında sıx əməkdaşlıq etməyə çağırır.

Adıçəkilən film tələbələrin böyük marağına səbəb olub.

Filmin nümayişindən sonra izlənilmiş filmdə toxunulan problemlərlə bağlı tələbələr arasında 45 dəqiqəlik müzakirə keçirilib.

Xəbər lenti

Xəbər lenti