...

Azərbaycanda kredit təşkilatının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 24 İyul 2012 18:46 (UTC +04:00)
Şirvan Apellyasiya məhkəməsinin "KredAqro" bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Azərbaycanda kredit təşkilatının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Şirvan Apellyasiya məhkəməsinin "KredAqro" bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sisteminə mədaxil edilməyib, eyni zamanda, saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimsənilib.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, təşkilatla vətəndaş arasında 5.0 min manat məbləğində kredit alınmasına dair bağlanmış kredit müqaviləsi saxta olmaqla həmin sənədə vətəndaş tərəfindən imza atılmayıb. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın adına 5.0 min manat məbləğində pul götürülərək mənimsənilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti