...

AZAL bu ay daha bir "Boeing"i Bakıya gətirəcək

Cəmiyyət Materials 7 Avqust 2012 17:34 (UTC +04:00)
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib ki, təkcə 2008-ci ildən bu yana mövcud 70 təyyarədən 46-sı yenidir. Belə ki, 12 tip yeni təyyarə və vertolyot alınıb və artıq istismar edilir.
AZAL bu ay daha bir "Boeing"i Bakıya gətirəcək

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.İsmayılov/

AZAL bu ay daha bir "Boeing"i Bakıya gətirəcək.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib ki, təkcə 2008-ci ildən bu yana mövcud 70 təyyarədən 46-sı yenidir. Belə ki, 12 tip yeni təyyarə və vertolyot alınıb və artıq istismar edilir.

"Qeyd edim ki, bu hava gəmiləri dünyada ən müasir təyyarələrdir. Təkcə bu il ərzində həm "AZAL", həm də özəl aviaşirkət olan "Silk Way" 4 yeni təyyarə alıb. Beşinci təyyarə də artıq bu ay Bakıya gətiriləcək. Onların hamısı geniş gövdəli, yeni, müasir tələblərə cavab verən "Boeing-747" və "Boeing-767" təyyarələridir", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti