...

Azərbaycanda yağışlı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 6 Sentyabr 2012 12:40 (UTC +04:00)
Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
Azərbaycanda yağışlı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-21, gündüz 26-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Sentyabrın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, ayın 8-9-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Sentyabrın 7-də Azərbaycanın rayonlarında əsasən gecə və səhər şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti