...

"Texnikabank" ASC-nin adı dəyişdi

Cəmiyyət Materials 2 Oktyabr 2012 10:13 (UTC +04:00)
Azərbaycanın "Texnikabank" ASC adını «Bank Technique» ASC-yə dəyişib və vergi orqanlarında müvafiq qeydiyyat prosesini başa çatdırıb
"Texnikabank" ASC-nin adı dəyişdi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycanın "Texnikabank" ASC adını "Bank Technique" ASC-yə dəyişib və vergi orqanlarında müvafiq qeydiyyat prosesini başa çatdırıb.

Bankdan Trend-ə verilən məlumata görə, adın dəyişməsi bankın brend siyasətinə yenidən baxılması ilə bağlıdır.

Xatırladaq ki, avqustun 15-də keçirilən bankın səhmdarlarının yığıncağında rebrendinqin keçirilməsi barədə qərar qəbul edilib.

Bankdan bildirilib ki, adın dəyişməsi yalnız ilk addımdır və yeni brend siyasətinin reallaşması istiqamətində daha miqyaslı işlər, o cümlədən korporativ imicin dəyişməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti