...

TQDK sədri təhsilin qiymətləndirilməsi üzrə beynəlxalq konfransda iştirak edəcək

Cəmiyyət Materials 10 Oktyabr 2012 16:15 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə oktyabrın 10-dan 13-dək İngiltərədə "Examining RISK" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
TQDK sədri təhsilin qiymətləndirilməsi üzrə beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə oktyabrın 10-dan 13-dək İngiltərədə "Examining RISK" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Komissiyanın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, konfransın təşkilatçısı 150 ildən artıq fəaliyyət göstərən, təhsilin qiymətləndirmə sahəsi üzrə zəngin təcrübəyə malik və bu sahə üzrə Avropanın ən böyük təşkilatı olan "Cambridge Assesment"dir.

Müzakirə olunan məsələlərin əhəmiyyəti nəzərə alınaraq, konfransa yalnız "Cambridge Assessment Network" (Kembric Qiymətləndirmə Şəbəkəsi) qrupuna daxil olan yerli və beynəlxalq ekspertlər dəvət olunublar.

"Examining RISK" mövzusunda keçiriləcək konfransda imtahanların məzmunu və təşkilati işlərlə bağlı meydana çıxa biləcək müxtəlif növ risklərin qarşısının alınması üçün zəruri olan tədbirlərə dair məruzələr dinləniləcək və bu istiqamətdə geniş müzakirələr aparılacaq.

Tədbirdə, həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti