...

YAP Gənclər Birliyi qanvermə aksiyası keçirəcək

Cəmiyyət Materials 10 Oktyabr 2012 17:15 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi irsi qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insanlar üçün qanvermə aksiyası təşkil edəcək.
YAP Gənclər Birliyi qanvermə aksiyası keçirəcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi irsi qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insanlar üçün qanvermə aksiyası təşkil edəcək.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, aksiya "Yaşatmağa tələs, dost!!!" şüarı altında həyata keçiriləcək.

Aksiya ilə bağlı öncədən elanlar hazırlanıb və sosial şəbəkələrdə yerləşdirilib. Könüllü şəkildə bu xeyirxah tədbirə qatılmaq istəyənlərin müraciətləri qeydə alınıb.

Aksiya oktyabrın 11-də saat 14:00-16:00-da Mərkəzi Qan Bankında keçiriləcək.

Aksiyaya sonradan qatılmaq istəyənlər bu xeyirxah missiyanı həyata keçirmək üçün YAP Gənclər Birliyinə qoşula bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti