Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/
BP ilə bağlı məsələni siyasiləşdirmək olmaz. Trend-in məlumatına görə, bu barədə spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
"Yerində olan iradları siyasiləşdirmək istəyirlər. Bu işin məğzindən xəbəri olmayanlar savadsız yazılar yazırlar. Cənab Prezident neft hasilatının əlifbasını söylədi. Elementar bir məsələdir ki, proqnozlar yerinə yetirilməlidir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Bundan şou, siyasi məsələ yaratmaq heç bir azərbaycanlıya şərəf gətirmir. Azərbaycanda neft hasilatı ilə bağlı BP öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını aldı", - əsədov deyib.
Bu məsələ ilə bağlı deputatlar Zahid Oruc, Sahib Alıyev də münasibət açıqlayaraq, BP ilə bağlı tənqidi fikirlər səsləndiriblər.