...

Sumqayıtın içməli su ilə təchizatı yaxşılaşdırılır

Cəmiyyət Materials 13 Noyabr 2012 15:40 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalini içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir.
Sumqayıtın içməli su ilə təchizatı yaxşılaşdırılır

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti əhalini içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərində təmir-bərpa, əsaslı yenidənqurma işləri aparılır.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında Sumqayıt şəhərində müxtəlif diametrli borularla 6,7 km uzunluğunda yeni şəbəkədaxili su xətti çəkilib, uzun müddət istismarda olan 8,5 km uzunluğunda su xətləri isə yeniləri ilə əvəzlənib. Şəhər əhalisini dayanıqlı içməli su ilə təmin etmək məqsədi ilə "Sumqayıt Sukanal" İdarəsi tərəfindən 121 ədəd siyirtmə yenisi ilə əvəzlənib, 720 nasos təmir edilib. Ötən müddətdə Sumqayıt şəhərində əhali və qeyri-əhali abunəçiləri üzrə 7 mindən çox su sayğacı quraşdırılıb.

Qeyd edək ki, "Sumqayıt Sukanal" İdarəsi Sumqayıt şəhəri, H.Z.Tağıyev və Corat qəsəbələri üzrə 81 mindən çox abunəçiyə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti