...

Latın Amerikası ölkələrinin gəncləri Bakıda toplaşacaqlar

Cəmiyyət Materials 23 Noyabr 2012 14:37 (UTC +04:00)
20 noyabr - 2 dekabrda 4 Latın Amerikası ölkəsi ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır.
Latın Amerikası ölkələrinin gəncləri Bakıda toplaşacaqlar

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

20 noyabr - 2 dekabrda 4 Latın Amerikası ölkəsi ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır. Bu müddətdə Kolumbiya, Kosta-Rika, Meksika və Panamadan 43 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Nümayəndə heyətinin Azərbaycana gəlişi ilə əlaqədar hazırlanmış səfər proqramı çərçivəsində iştirakçıların Fərxi və Şəhidlər xiyabanlarını ziyarəti, bir sıra dövlət qurumlarında, o cümlədən, bir qrup gənc millət vəkilləri ilə görüşlər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Heydər Əliyev Fondu və Azərbaycan Diplomatik Akademiyası ilə tanışlıq, gənclər təşkilatlarının iştirakı ilə dəyirmi masa və Azərbaycanın tarixini və mədəniyyətini geniş şəkildə əks etdirən bir neçə təqdimatda iştirakı nəzərdə tutulub.

Azərbaycanda keçirdikləri vaxt ərzində qonaqlar həm də müxtəlif muzeylərlə, o cümlədən Qobustan Dövlət Qoruğu, Qala Etnoqrafik Muzeyi, Müasir İncəsənət Muzeyi, "Villa Petroleum" Nobel qardaşlarının ev muzeyi və digərləri ilə tanış olacaqlar.

Səfər zamanı nümayəndə heyətinin Azərbaycanla ikitərəfli əlaqələrin qurulması və əməkdaşlıq perspektivlərinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, bu, Latın Amerika ölkələri ilə gənclərlə iş sahəsində keçirilən ilk mübadilə proqramıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti