...

Azərbaycanda 541 nəfər vergi orqanlarında işə qəbul üçün müsabiqədə iştirak hüququ qazanıb

Cəmiyyət Materials 3 Dekabr 2012 11:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanında iştirak edən 1716 nəfər namizəddən 541 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib.
Azərbaycanda 541 nəfər vergi orqanlarında işə qəbul üçün müsabiqədə iştirak hüququ qazanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanında iştirak edən 1716 nəfər namizəddən 541 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizəddən 421 nəfəri imtahanda iştirak etməyib. Bir nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıb.

İmtahanda namizədlərə ümumilikdə 100 (80 sual hüquq və ixtisas, 10 sual informatika, 10 sual məntiqi) test tapşırığı təqdim olunub. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılıblаr. İmtahanda ən yüksək nəticə 96 bal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti