...

Kürün aşağı axınında suyun səviyyəsi artıb

Cəmiyyət Materials 17 Dekabr 2012 12:28 (UTC +04:00)
Dekabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.
Kürün aşağı axınında suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm, Salyanda 6 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artıb. Kürün Şirvan məntəqəsində suyun səviyyəsi 1 sm, Bankə məntəqəsində 10 sm azalıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2011-ci il dekabrın 17-də 581 sm), Şirvanda 267 sm (2011-ci il dekabrın 17-də 475 sm ), Salyanda 286 sm (2011-ci il dekabrın 17-də 433 sm), Bankədə 235 sm (2011-ci il dekabrın 17-də 317 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2011-ci il dekabrın 17-də 290 sm) təşkil edir.

Dekabrın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti