...

Azərbaycanda magistratura səviyyəsinə qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsi aktuallaşıb

Cəmiyyət Materials 18 Dekabr 2012 11:46 (UTC +04:00)
Azərbaycan əhalisinin cinsi tərkibində qadın və kişilərin say nisbəti bərabər olsa da, bu gün elm sahəsinə gələn gənclərin çoxu qızlardır, buna görə də bu məsələ dövlət səviyyəsində ciddi şəkildə araşdırılmalıdır.
Azərbaycanda magistratura səviyyəsinə qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsi aktuallaşıb

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan əhalisinin cinsi tərkibində qadın və kişilərin say nisbəti bərabər olsa da, bu gün elm sahəsinə gələn gənclərin çoxu qızlardır, buna görə də bu məsələ dövlət səviyyəsində ciddi şəkildə araşdırılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov "Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı"nda çıxışı zamanı deyib.

"Bu il 77 nəfər gənc alimi işə götürmüşük. Ancaq onların 85 faizi qızdır. Niyə oğlanlar elmə gəlmirlər? Bu, bizi düşündürməlidir", - Məhərrəmov bildirib.

O əlavə edib ki, qızların elm sahəsi ilə məşğul olması pis olmasa da, bəzi sahələrdə oğlanların elmlə məşğul olması vacibdir.

Məhərrəmov təklif edib ki, oğlanların elm sahəsi ilə məşğul olmasını təmin etmək üçün ilk növbədə magistratura səviyyəsinə qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti