...

YUNİSEF-in dəstəyi ilə inklüziv təlimlə bağlı qanun layihəsi yaxın zamanlarda müzakirə olunacaq

Cəmiyyət Materials 20 Dekabr 2012 11:00 (UTC +04:00)
YUNİSEF-in dəstəyi ilə inklüziv təlimlə bağlı hazırlanan qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirə olunacaq.
YUNİSEF-in dəstəyi ilə inklüziv təlimlə bağlı qanun layihəsi yaxın zamanlarda müzakirə olunacaq

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayeva/

YUNİSEF-in dəstəyi ilə inklüziv təlimlə bağlı hazırlanan qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirə olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı işlərdə dünyada gedən proseslər izlənilir. Bunun əsasında Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həm qanunvericilikdə, həm də dövlət proqramlarında bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanılıb.

Mərdanov deyib ki, nazirlik hökumətə kiçik qrup ailələrin yaradılması və digər məsələlərlə bağlı təkliflər verib. Nazir hesab edir ki, bu təkliflər qısa zamanda nəzərə alınarsa, gələn il bu istiqamətdə görülən işlər çox uğurlu olar.

"Müəyyən məsələləri pilot layihə şəklində bu il ərzində həyata keçirmişik. Artıq pilot layihələrin vaxtı bitdiyindən, beynəlxalq təşkilatarın da bizə göstərdiyi dəstək dayandırılıb. Düşünürəm ki, ilin sonuna qədər təkliflərimiz qəbul olunar və yeni ildən bu məsələni daha geniş şəkildə müzakirə edə bilərik", - təhsil naziri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti