...

Azərbaycanda fəlakətli nəticələri olan zəlzələ gözlənilmir

Cəmiyyət Materials 29 Dekabr 2012 14:45 (UTC +04:00)
Azərbaycanda fəlakətli nəticələri olan zəlzələ gözlənilmir.
Azərbaycanda fəlakətli nəticələri olan zəlzələ gözlənilmir

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycanda fəlakətli nəticələri olan zəlzələ gözlənilmir. Bu barədə şənbə günü Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Mərkəzdən deyildiyi kimi, hələlik Balakən zonasında gərginlik azalmayıb və bütün ehtimallara görə,bu ərazidə xırda təkanlar olacaq. Oxşar təbiət hadisələri respublikanın başqa ərazilərində, məsələn, Şamaxı rayonunda da baş verə bilər.

"Amma bu, qətiyyən fəlakətli nəticələrin ola biləcəyi demək deyil. Zəlzələ təbii prosesdir. Azərbaycan aktiv seysmik zonada yerləşir. 3-5 bal gücündə yeraltı təkanlar demək olar ki, hər gün baş verir. İl ərzində təkanların sayı dörd minə çatır", - RSXM-dən bildirilib.

Mərkəzin məlumatına görə, RSXM-in Xəzər seqmentində apardığı monitorinqin göstəricilərinə görə, bu il nisbətən daha çox aktivlik Xəzərin şimal hissəsində müşahidə olunub. Müqayisə etdikdə dənizin cənub hissəsindəki belə aktivlik olmayıb. Bütovlükdə fon səviyyəsi əsas götürüldükdə bu zaman yeraltı təkanlar daim baş verir və təhlükə kəsb etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti