...

Hava yağmursuz olacaq

Cəmiyyət Materials 2 Yanvar 2013 13:20 (UTC +04:00)
Yanvarın 3-də Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Yanvarın 3-də Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, gündüz, 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti