...

Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin akkreditasiyası ilə bağlı məsələlər müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2013 14:53 (UTC +04:00)
Yanvarın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyət Qaydası» və «Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları»nın icrasını təmin etmək məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin akkreditasiyası ilə bağlı məsələlər müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Yanvarın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyət Qaydası" və "Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları"nın icrasını təmin etmək məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov qaydalar barədə ətraflı məlumat verərək, məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılmasının həmin şəxslərin sosial müdafiəsi, onlara hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi sahəsində mühüm addım olacağını vurğulayıb.

İclasda adıgedən qaydaların icrası, qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası, məişət zorakılığının qarşısının alınması ilə bağlı görüləcək işlər barədə müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, yaradılacaq yardım mərkəzləri məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədinə xidmət edəcək. Həmin mərkəzlərdə şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilməsi, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi nəzərdə tutulur.

Qaydalara əsasən, dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur, eyni zamanda nazirlik qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını təmin edir. Akkreditasiya üzrə Komissiyada əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, , təhsil, səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti