...

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artırıla bilər

Cəmiyyət Materials 17 Yanvar 2013 11:32 (UTC +04:00)
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması üçün səylər göstərilir.
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artırıla bilər

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir İ.İsabalayeva/

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması üçün səylər göstərilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri Gökhan Çetinsaya bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə universitetlərində 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

"Hazırda Türkiyə universitetlərinin birinə azərbaycanlı rektor rəhbərlik edir. İki ölkə arasında əlaqələr genişləndikcə Türkiyədə çalışan azərbaycanlı rektorların sayının artmasını arzu edirik", - Çetinsaya deyib.

O, səfər çərçivəsində Azərbaycanın baş naziri, həmçinin ölkənin ali təhsil müəssisələrinin rektorları ilə görüşəcəyini bildirib.

Azərbaycanın təhsil nazirinin dəvəti ilə Bakıya səfər edən Çetinsayanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad edib, Türk şəhidliyini də ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti