...

Ombudsman Aparatının nümayəndələri “Binə” ticarət mərkəzindəki hadisələrlə bağlı saxlanılanlara baş çəkib

Cəmiyyət Materials 24 Yanvar 2013 10:31 (UTC +04:00)
"Binə" ticarət mərkəzindəki hadisələr zamanı saxlanılan şəxslərlə bağlı araşdırma aparılıb.
Ombudsman Aparatının nümayəndələri “Binə” ticarət mərkəzindəki hadisələrlə bağlı saxlanılanlara baş çəkib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

"Binə" ticarət mərkəzindəki hadisələr zamanı saxlanılan şəxslərlə bağlı araşdırma aparılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri "Binə" ticarət mərkəzində baş vermiş hadisələr zamanı saxlanılan şəxslərlə bağlı araşdırma aparıblar.

Araşdırma zamanı məlum olub ki, Səbail Rayon Məhkəməsi tərəfindən 10 nəfər barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221 və 315-ci maddələri ilə cinayət işi açılıb. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə əsasən, 2 nəfər inzibati qaydada 10 gün müddətinə həbs olunub.

MPQ-nin üzvləri məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həmin 10 nəfər şəxslə, habelə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində isə hadisə ilə əlaqədar saxlanılan şəxslərlə görüşüblər.

Həmin şəxslər saxlanma şəraitindən narazılıq etməyiblər.

Eyni zamanda MPQ-nin üzvləri Qaradağ Rayon Polis İdarəsində (RPİ), həmin idarənin 10-cu polis bölməsində, Yasamal və Xətai RPİ-lərin müvəqqəti saxlanma yerlərində araşdırma aparıblar.

Ombudsman Elmira Süleymanova araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna və Daxili İşlər nazirinə müraciət edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti