...

Azərbaycan sərhədini pozduğuna görə 40 nəfər saxlanılıb

Cəmiyyət Materials 31 Yanvar 2013 14:39 (UTC +04:00)
Yanvar ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb.
Azərbaycan sərhədini pozduğuna görə 40 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvar ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır.

Dövlət sərhədlərini pozduğu üçün bu ay sərhədçilər tərəfindən saxlanılan əcnəbilərdən 4 nəfəri Özbəkistan, 3 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Malayziya, 2 nəfəri Pakistan, 2 nəfəri Əfqanıstan, 3 nəfəri isə digər ölkə vətəndaşları olub.

Yanvar ayında sərhəd rejim qaydalarını pozduğu üçün 42 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Axtarışda olan 177 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Ay ərzində sərhədçilər tərəfindən 37 kiloqram 232 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bununla bağlı 5 mütəşəkkil cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.

Sərhədçilər 41 halda ümumi dəyəri 1 milyon 54 min manat olan qaçaqmal saxlayıblar.

Qaçaqmal arasında odlu silah, siqaret, kondensator, spirtli içki, at, iribuynuzlu mal-qara, pul, balıq qarmağı, tor, mobil telefon, dərman preparatları, sənaye və kənd təsərrüfatı malları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti