...

Deputat seçicilərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2013 10:35 (UTC +04:00)
Yanvarın 31-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Deputat İsmayıllı şəhər mərkəzindəki ofisində seçiciləri qəbul edib.
Deputat seçicilərlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Yanvarın 31-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Deputat İsmayıllı şəhər mərkəzindəki ofisində seçiciləri qəbul edib. Qəbulda iştirak edən sakinlərin qaldırdığı əsas məsələ məişət problemləri ilə bərabər həmçinin, müalicə və müayinə ilə də bağlı olub. Millət vəkili bu məsələlərdə lazımi köməkliyin göstəriləcəyini bildirib.

Məlumat üçün bildirək ki, millət vəkili Novruz Aslanovun seçicilərlə görüşü müntəzəm olaraq hər həftə keçirilir. İsmayıllı şəhərində keçirilən görüşlərlə yanaşı deputat rayonun kəndlərində də sakinlərlə görüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti