...

Gələn ildən yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq

Cəmiyyət Materials 14 Fevral 2013 16:39 (UTC +04:00)
Gələn ildən başlayaraq orta məktəblərdə şagirdlərin yazı işlərinin qiymətləndirilməsinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq.
Gələn ildən yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Gələn ildən başlayaraq orta məktəblərdə şagirdlərin yazı işlərinin qiymətləndirilməsinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, builki buraxılış imtahanlarında testlərlə yanaşı, yazı işləri də olacaq.

"Lakin yazı işləri buraxılış imtahanlarından əvvəl olmayacaq. Gələn ildən başlayaraq isə yazı işləri də qiymətləndirilərək onun nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq. Bu il isə buraxılış imtahanları ötənilki qaydalara əsasən keçiriləcək", - Abbaszadə deyib.

O bildirib ki, Nazirlər Kabineti buraxılış imtahanlarına dair yeni qaydaları hələ təsdiq etməyib.

"Layihə Təhsil Nazirliyi və TQDK arasında hazırlanır. Hələ ki, ortaq variant olmadığından biz ötənilki qaydaları təsdiq etmişik", - Abbaszadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti