...

Ekspert Komissiyasının Gəncədəki yeraltı yollarla bağlı rəyi bilindi

Cəmiyyət Materials 18 Fevral 2013 13:20 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Gəncədəki yeraltı yollarla bağlı Ekspert Komissiyasının rəyini açıqlayıb.
Ekspert Komissiyasının Gəncədəki yeraltı yollarla bağlı rəyi bilindi

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Gəncədəki yeraltı yollarla bağlı Ekspert Komissiyasının rəyini açıqlayıb.

Ekspert Komissiyasına AMEA-nın müxbir üzvü, professor, tarix elmləri doktoru Vəli Əliyev, tarix elmləri doktoru Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Müzəffər Hüseynov və Bəxtiyar Cəlilov daxildir.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, əslində mətbuatda Gəncə şəhərində yeraltı yollar kimi təqdim edilən yollar yeraltı yollar deyil. Gəncə şəhərində yeraltı yollar kimi təqdim olunan yerlərin bir qismi əski binaların zirzəmiləridir. Bu zirzəmilər 1817-1818-ci illərdə alman koloniyaları salınarkən inşa edilib. Hətta onlardan bəziləri bir neçə mərtəbədən ibarət zirzəmilərdir. Onlardan çaxır və digər məhsulların saxlanılması üçün soyuducu kimi istifadə edilib. Bu cür zirzəmilər Şəmkir, Göygöl, Gədəbəy və s. rayonlarda da kifayət qədərdir. Yeraltı yollar kimi təqdim edilən digər abidələr isə orta əsrlər dövrünə aid kəhriz quyularıdır. Onlar öz başlanğıclarını Gəncə yaxınlığındakı dağlardan götürür və aralarındakı məsafə 25 metr olmaqla üç istiqamətdədirlər.

Başlanğıcda quyuların dərinliyi 40 metr, sonda 16 metrdir. Quyuların arasındakı məsafənin 25 metr olması qazıntı zamanı torpağın daşınmasını asanlaşdırmaq və havalanmanı təmin etmək zərurətindən irəli gəlib.

Komissiyanın rəyinə görə, "Gəncə yeraltı fayton yolları"nın XIII əsrdə monqollar tərəfindən tikilməsi haqqındakı məlumat da yanlışdır.

"Əvvəla, indiki Gəncə XVI əsrdə salınıb. Digər tərəfdən tarixdə monqollar həmişə dağıntılarla məşğul olublar. Onlar Azərbaycana gələndə özləri çadırda yaşayırdılar, yeraltı yolu nə cür tikə bilərdilər?" - komissiya üzvləri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti