...

Azərbaycan Müdafiə Nazirliyində 10 ilə yaxın vakant qalan vəzifəyə təyinat olub

Cəmiyyət Materials 27 Fevral 2013 14:40 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, müdafiə nazirinin əmri ilə polkovnik Vidadi Əsgərov Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi təyin edilib.
Azərbaycan Müdafiə Nazirliyində 10 ilə yaxın vakant qalan vəzifəyə təyinat olub

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyində 10 ilə yaxındır vakant olan vəzifəyə yeni təyinat olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, müdafiə nazirinin əmri ilə polkovnik Vidadi Əsgərov Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi təyin edilib.

Əsgərov bundan əvvəl Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Kadrlar İdarəsinin rəisi vəzifəsi üzrə ştat 10 ilə yaxındır ki, vakant idi. Kadrlar İdarəsinin rəisi səlahiyyətlərini həmin idarənin şöbə rəisi polkovnik Mahmud Ağadadaşov icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti