...

Gəncədə tələbələrə güzəştli tələbə kartları paylanıb

Cəmiyyət Materials 27 Fevral 2013 17:36 (UTC +04:00)
Gəncə Dövlət Universitetində tələbələrə güzəştli kartların paylanmasına dair tədbir təşkil olunub.
Gəncədə tələbələrə güzəştli tələbə kartları paylanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Gəncə Dövlət Universitetində tələbələrə güzəştli kartların paylanmasına dair tədbir təşkil olunub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, tələbələrə müəyyən güzəştləri nəzərdə tutan tələbə kartları Gəncədə 50-yə yaxın gəncə təqdim olunub. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclər və İdman və Təhsil nazirlikləri ilə birgə reallaşdırılır. Layihə ölkənin bütün universitet tələbələri güzəştli kartlarla təmin olana qədər davam edəcək.

Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələrə paylanan bu güzəştli kartlar onlara müəyyən obyektlərin xidmətindən güzəştli şəkildə istifadə etməyə imkan verəcək.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə reallaşan layihə artıq paytaxtda fəaliyyət göstərən 400-dən çox obyekti sistemə qoşa bilib. Gəncədə isə bu kartlarla ilk olaraq Gəncə Dövlət Universitetinin tələbələri təmin edilib.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nigar Talıbova bildirib ki, hələlik universitetə 440 ədəd kart göndərilib. Ümumilikdə universitetdən 600-dən çox tələbə bu kartların alınması üçün müraciət edib. Bu ilin may ayının sonunadək bütün tələbələrin güzəştli kartlarla təmin edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti