...

Yaponiyanın Azərbaycandakı səfiri Lerik rayonuna səfər edib

Cəmiyyət Materials 4 Mart 2013 23:35 (UTC +04:00)
Trend-in Cənub TV-yə istinadən verdiyi məlumatına görə, Yaponiyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Şusuke Vatanabe Lerik rayonuna səfər edib.
Yaponiyanın Azərbaycandakı səfiri Lerik rayonuna səfər edib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Trend-in Cənub TV-yə istinadən verdiyi məlumatına görə, Yaponiyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Şusuke Vatanabe Lerik rayonuna səfər edib. Səfər çərçivəsində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində "Lerik Rayon Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri şöbəsinin təmiri" layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

Layihənin məqsədi Lerik şəhərində və rayonun digər yaşayış məntəqələrində müalicəyə ehtiyacı olan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Ümumi dəyəri 123 min 246 ABŞ dolları təşkil edən layihədən 22 min uşaq faydalanacaq.

Rayon İcra Hakimiyyəti başçısı ilə görüşən səfir Şusuke Vatanabe çıxışında Lerikin gözəl təbiətindən məmnun olduğunu, vaxtaşırı bu gözəl diyara səfər edəcəyini bildirib. Səfəri çərçivəsində Lerikdəki "Uzunömürlülər" muzeyinə baş çəkən yaponiyalı diplomata əl ilə toxunmuş
Lerik xalçası hədiyyə edilib.

Qeyd edək ki, indiyədək Yaponiya hökumətinin maliyə dəstəyi ilə Lerikdə 3 layihə üzrə qrant müqaviləsi imzalanıb. 2003-cü ildə Qrant Yardımı Proqramı çərçivəsində Lerikdə ümumi məbləği 80 min 813 ABŞ dolları təşkil edən orta məktəb binasının inşası, 2012-ci ildə isə ümumi məbləği 102 min 696 ABŞ dolları təşkil edən Şingədulan kənd tibb məntəqəsinin tikintisi layihəsi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti