...

Azərbaycanda istedadlı gənc müəllimlərin məlumat bankı yaradılıb

Cəmiyyət Materials 12 Mart 2013 10:42 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki istedadlı gənc müəllimlərin məlumat bankını yaradıb.
Azərbaycanda istedadlı gənc müəllimlərin məlumat bankı yaradılıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki istedadlı gənc müəllimlərin məlumat bankını yaradıb.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, məlumat bankına 25-35 yaş arası 1210 nəfər istedadlı gənc müəllim haqqında məlumat daxil edilib.

TN təsdiqlədiyi "Fəaliyyət planı"na müvafiq olaraq həmin müəllimlərin fəaliyyətini stimullaşdıracaq.

Stimullaşdırıcı tədbirlər kimi, ilk növbədə, həmin müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsi nəzərdə tutulur. Eyni zamanda, istedadlı müəllimlər üçün treninqlərin, zona müşavirələrinin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti