...

Gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Cəmiyyət Materials 10 May 2013 16:40 (UTC +04:00)
Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Dövlət Bayrağı Meydanında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
Gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 10 may /Trend/

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Dövlət Bayrağı Meydanında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümümmilli lider Heydər Əliyevin uyuduğu Fəxri xiyabana gələrək ulu öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Sonra Dövlət Bayrağı Meydanında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum gününə təsadüf edən Gömrükçü Andının əhəmiyyətindən danışıb, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Komitə sədri müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna qısa nəzər salaraq, xüsusilə, 1995-ci ildən başlayaraq gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd etmişdir. Aydın Əliyevin sözlərinə görə, hər il mayın 10-da gömrükçülər ümummilli liderin doğum günündə Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.

Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini xatırladan DGK sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini vermiş, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əliyev amallarına sadiq qalmağa səsləmişdir.

Daha sonra Gömrük Məcəlləsinin 414-cü maddəsinə müvafiq olaraq bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içmişdir.

Sonda isə mərasim iştirakçıları meydandakı Dövlət Bayrağı Muzeyi ilə tanış olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti