...

AMEA-nın Kimya, Yer, Biologiya və Tibb Elmləri bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinləri və elmi katibləri seçilib

Cəmiyyət Materials 15 May 2013 10:26 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Kimya, Yer, Biologiya və Tibb Elmləri bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinləri və elmi katibləri seçilib.
AMEA-nın Kimya, Yer, Biologiya və Tibb Elmləri bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinləri və elmi katibləri seçilib

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Kimya, Yer, Biologiya və Tibb Elmləri bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinləri və elmi katibləri seçilib. Akademiyadan Trend-ə verilən məlumata görə, bunun üçün gizli səsvermə yolu ilə seçkilər keçirilib. Səsverməyə əsasən akademiklər Abel Məhərrəmov, Siyavuş Qarayev, Məhərrəm Məmmədyarov, Musa Rüstəmov, Nadir Seyidov, AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Abasqulu Quliyev, Mübariz Əhmədov Kimya Elmləri Bölməsinin büro üzvləri, akademiklər Vaqif Fərzəliyev, Ağadadaş Əliyev bölmənin akademik-katibinin müavinləri, kimya elmləri namizədi Elnur Məmmədov isə bölmənin elmi katibi seçilib.

AMEA Yer Elmləri Bölməsinə AMEA-nın müxbir üzvləri Vasif Babazadə, Ramiz Məmmədov, Hətəm Quliyev, Elmira Ramazanova büro üzvləri, AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov, Əkpər Feyzullayev bölmənin akademik-katibinin müavinləri, Aliyə Əzizbəyova bölmənin elmi katibi seçilib.

Gizli səsvermə nəticəsində akademiklər Böyükkişi Ağayev, Cəlal Əliyev, Cəmil Əliyev, Məmməd Salmanov, AMEA-nın müxbir üzvləri İlham Ələkbərov, Novruz Quliyev, biologiya üzrə elmlər doktoru Validə Əlizadə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Tofiq Məmmədov bölmənin akademik-katibinin müavinləri, Ramiz Babayev isə bölmənin elmi katibi təyin edilib.

Qeyd edək ki, bu il aprelin 24-də AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçki yolu ilə müəyyənləşib. AMEA-nın prezidenti əvvəllər bu qurumda vitse-prezident işləmiş Akif Əlizadə olub. AMEA-nın vitse-prezidentləri vəzifələrinə isə AMEA RH-də çalışmış akademik Akif Hacıyev, Geologiya İnstitutunda direktor müavini kimi çalışmış İbrahim Quliyev, Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəyli və akademik Tofiq Nağıyev seçki yolu ilə seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti