...

Sabah 2 saylı "ASAN xidmət" mərkəzi işə başlayır

Cəmiyyət Materials 4 İyun 2013 15:50 (UTC +04:00)
Bakının Xətai rayonundakı 2 saylı "ASAN xidmət" mərkəzi iyun ayının 5-dən etibarən fəaliyyətə başlayacaq.
Sabah 2 saylı "ASAN xidmət" mərkəzi işə başlayır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Bakının Xətai rayonundakı 2 saylı "ASAN xidmət" mərkəzi iyun ayının 5-dən etibarən fəaliyyətə başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətdən Xətai rayonu ilə yanaşı, Nizami və Suraxanı rayonlarının sakinləri də yararlana biləcək.

Qeyd edək ki, 2 saylı "ASAN xidmət" mərkəzi Nobel prospekti, 23 ünvanında, "AMAY" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti