...

Bu gün Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Cəmiyyət Materials 12 İyun 2013 08:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Gəncə şəhəri, Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirir.
Bu gün Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Gəncə şəhəri, Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, IX siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb.

İmtahanlar Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunacaq.

İmtahanlarda 26 301 nəfər IX sinif şagirdinin (Yevlaxda 1403, Bərdədə 2257, Tərtərdə 991, Daşkəsəndə 399, Gəncədə 2976, Göygöldə 1020, Samuxda 819, Naftalanda 82, Goranboyda 1627, Şəmkirdə 2898, Gədəbəydə 1202, Ağstafada 984, Qazaxda 1129, Tovuzda 2306, Göyçayda 1534, Ucarda 1022, Kürdəmirdə 1393, Ağdaşda 1544, Zərdabda isə 715) iştirakı nəzərdə tutulur.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb. İmtahanlar Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunacaq.

İmtahanlarda 19 910 nəfər XI sinif şagirdinin (Yevlaxda 1227, Bərdədə 1546, Tərtərdə 798, Daşkəsəndə 254, Gəncədə 2260, Göygöldə 803, Samuxda 559, Naftalanda 53, Goranboyda 1251, Şəmkirdə 2517, Gədəbəydə 821, Ağstafada 801, Qazaxda 950, Tovuzda 1648, Göyçayda 1107, Ucarda 727, Kürdəmirdə 1094, Ağdaşda 978, Zərdabda isə 516) iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları başa çatdıqdan etibarən 10 günədək müddətdə elan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti