Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dərsliklərin monitorinqinin nəticələri dərsliklərin gələcək nəşrlərində nəzərə alınacaq.
Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, TQDK artıq I-V sinif dərsliklərinin monitorinqinin nəticələrini Təhsil Nazirliyinə təqdim edib. Nazirlik həmin nəticələrlə tanış olmuş və baxılmaq üçün aidiyyəti nəşriyyat-poliqrafiya müəssisəsinə göndərilib.
TQDK-nın monitorinqinin nəticələri ilə bağlı Təhsil Nazirliyinin rəyinə gəldikdə, nazirlikdən bildirilib ki, dərslik müəllifləri monitorinqin nəticələri ilə bağlı rəylərini TN-yə bildiriblər. Bu rəylər TQDK-ya təqdim olunub.