...

Türkiyədə keçirilən etiraz aksiyaları əlaqədar İzmir şəhərində 14 nəfər saxlanılıb

Cəmiyyət Materials 21 İyun 2013 14:21 (UTC +04:00)
Türkiyə polisi İstanbulun Taksim meydanında keçirilən etiraz aksiyalarına dəstək məqsədilə İzmir şəhərində keçirilən nümayişlər zamanı 14 etirazçını saxlayıb.
Türkiyədə keçirilən etiraz aksiyaları əlaqədar İzmir şəhərində 14 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə polisi İstanbulun Taksim meydanında keçirilən etiraz aksiyalarına dəstək məqsədilə İzmir şəhərində keçirilən nümayişlər zamanı 14 etirazçını saxlayıb. Bu barədə cümə günü Trend "Hürriyyət" qəzetinə istinadən xəbər yayır.

Saxlanılanlar bir sıra dövlət strukturlarının binalarının talan edilməsinin təşkilində şübhəli bilinirlər. Etiraz aksiyalarında iştirak edən nümayişçilərin saxlanılmasına dair əməliyyatlar davam edir, yeni həbslərin olacağı istisna edilmir.

Daha əvvəl məlumat yayılıb ki, Türkiyədə keçirilən etiraz aksiyaları 944 nəfər saxlanılıb.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxalifət partiyaları polisin etiraz edənlərə qarşı həddindən artıq güc istifadə etməkdə günahlandırır.

Daha əvvəl Türkiyə DİN-in rəhbəri bildirib ki, etiraz edənlərə qarşı həddən artıq gücdən istifadə ilə əlaqədar araşdırmalar aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti