...

Türkiyədə etiraz aksiyalarına dəstək olaraq cinsi azlıqların paradı keçirilib

Cəmiyyət Materials 24 İyun 2013 12:25 (UTC +04:00)
Ötən gün İstanbulda LGBT birliyi (Lezbiyanlar, geylər, biseksuallar və transgenderlər birliyi) seksual azlıqların hüquqlarına hörmət edilməsi ilə bağlı parad keçiriblər.
Türkiyədə etiraz aksiyalarına dəstək olaraq cinsi azlıqların paradı keçirilib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir A.Tağıyeva/

Ötən gün İstanbulda LGBT birliyi (Lezbiyanlar, geylər, biseksuallar və transgenderlər birliyi) seksual azlıqların hüquqlarına hörmət edilməsi ilə bağlı parad keçiriblər. Bu barədə Trend "Hürriyet" qəzetinə istinadən xəbər yayıb.

Parad iştirakçıları, o cümlədən anti-hökumət şüarları da səsləndiriblər.

Parad iştirakçıları Taksim meydanından İstanbul funiklyoruna qədər yürüş ediblər.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxalifət partiyaları polisin etiraz edənlərə qarşı həddindən artıq güc istifadə etməkdə günahlandırır.

Daha əvvəl Türkiyə DİN-in rəhbəri bildirib ki, etiraz edənlərə qarşı həddən artıq gücdən istifadə ilə əlaqədar araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti