...

Abşeron və Binəqədi rayonlarına içməli su fasilələrlə veriləcək

Cəmiyyət Materials 24 İyun 2013 17:14 (UTC +04:00)
Abşeron və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilişində fasilələr olacaq.
Abşeron və Binəqədi rayonlarına içməli su fasilələrlə veriləcək

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Abşeron və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilişində fasilələr olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən qidalanan 1200 mm diametrli magistral su xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, iyun ayının 25-də saat 00:00-dan etibarən 26 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinə və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti