...

Bakıda Azərbaycanlı və Koreyalı musiqiçilərin “Sülhsevər və Dost Ölkələr” adlı konserti keçirilib

Cəmiyyət Materials 24 İyun 2013 21:37 (UTC +04:00)
Beautiful Mind Charity təşkilatı Azərbaycanın paytaxtı Bakı şəhərində Koreyalı əlil musiqiçilərin də iştirak etdiyi konsert proqramı keçirib.
Bakıda Azərbaycanlı və Koreyalı musiqiçilərin “Sülhsevər və Dost Ölkələr” adlı konserti keçirilib

Azərbaycan, Bakı, 24 iyun / Trend, S.Əhmədova /

Beautiful Mind Charity təşkilatı Azərbaycanın paytaxtı Bakı şəhərində Koreyalı əlil musiqiçilərin də iştirak etdiyi konsert proqramı keçirib.

Trend-in məlumatına görə, konsertdə Qərb klassik musiqisi və milli musiqi sahəsində ixtisaslaşan bir sıra musiqiçilər iştirak edib.

Korea Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən təşkil olunan bu konsert Şərq mədəniyyətlərinin musiqisindən zövq almaq üçün unikal bir imkandır.

Konsertdə bir çox ölkələrin səfirləri, o cümlədən həm Azərbaycan, həm Korea Respublikasının dövlət nümayəndələri, ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, KİV nümayəndələri və digərləri iştirak edib.

Beautiful Mind Charity təşkilatı mədəni diplomatiya həyata keçirərək dünyada mədəni fəaliyyəti ilə məşğul olan xeyriyyəçi təşkilatdır. Təşkilat rəsmi olaraq 13 mart, 2007-ci ildə Koreyada yaradılıb və ölkənin Xarici İşlər və Ticarət Nazirliyi tərəfindən tanınıb.

Xəbər lenti

Xəbər lenti