...

Azərbaycanda qanunsuz reklam üsullarından istifadə edən şirkətə maliyyə sanksiyası tətbiq edilib

Cəmiyyət Materials 25 İyun 2013 17:59 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “TREKA-2009” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Azərbaycanda qanunsuz reklam üsullarından istifadə edən şirkətə maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "TREKA-2009" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən işə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi də müəyyən olunub.

İstehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə, habelə antiinhisar orqanına düzgün olmayan məlumatlar təqdim etdiyinə görə "TREKA-2009" MMC-yə 8,3 min manat maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti