...

Səhiyyə Nazirliyi yeni elektron xidmətin tətbiqinə başlayıb

Cəmiyyət Materials 9 İyul 2013 15:24 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq tibb mütəxəssisləri sertifikasiyadan keçmək üçün test imtahanlarının nəticələrini SMS xidməti vasitəsilə öyrənə biləcəklər. Onlar bunun üçün imtahan sözü və boşluqdan sonra eyniləşdirmə kodunu yazıb, 9103 nömrəsinə mesaj göndərməlidirlər.
Səhiyyə Nazirliyi yeni elektron xidmətin tətbiqinə başlayıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi yeni elektron xidmətin tətbiqinə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq tibb mütəxəssisləri sertifikasiyadan keçmək üçün test imtahanlarının nəticələrini SMS xidməti vasitəsilə öyrənə biləcəklər. Onlar bunun üçün imtahan sözü və boşluqdan sonra eyniləşdirmə kodunu yazıb, 9103 nömrəsinə mesaj göndərməlidirlər.

Qeyd edək ki, Azərbaycanda həkimlərin sertifikasiyasına 2011-ci ilin yanvarından başlanılıb.

Sertifikasiya iki mərhələdə keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. Bu mərhələdən keçən həkimlər sonra müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti