...

Ağstafa – Poylu – Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir işləri aparılır (FOTO)

Cəmiyyət Materials 10 İyul 2013 10:31 (UTC +04:00)
Ağstafa – Poylu – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir işləri aparılır.
Ağstafa – Poylu – Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir işləri aparılır (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/

Ağstafa - Poylu - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir işləri aparılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb.

Layihə çərçivəsində Qazax və Ağstafa rayonlarınının kənd və yaşayış məntəqələrini, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirən 59 km-lik yolun yenidən qurulması, 3 körpünün əsaslı təmiri nəzərdə tutulub.

Artıq yol boyu süni qurğuların, torpaq yatağının tikintisi, 20 km-də ikiqat asfalt-beton örtüyünün salınması başa çatdırılıb. Hazırda digər hissələrdə asfalt-beton örtüyünün salınması işləri davam etdirilir.

Qedye dək ki, 2011-ci ilin sentyabr ayında başlanılan işlərin 2013-cü ilin axırında sona yetməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti