...

Bu il Azərbaycanda yetişdirilən qarpızların tərkibi normaya cavab verir

Cəmiyyət Materials 18 İyul 2013 15:10 (UTC +04:00)
Bu il qarpızlarda nitritin miqdarının yuxarı olması halları aşkar edilməyib.
Bu il Azərbaycanda yetişdirilən qarpızların tərkibi normaya cavab verir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Bu il qarpızlarda nitritin miqdarının yuxarı olması halları aşkar edilməyib.

Trend-in məlumatılna görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il ölkə ərazisində yetişdirilən qarpızların tərkibində nitritin normadan artıq olmasına rast gəlinməyib:

"Əgər qarpızın bir kiloqramında nitritin miqdarı 60 millqram olmalıdır. Son illər aparılan müşahidələr bunun bir neçə dəfə artıq olduğunu göstərirdi. Lakin 2013-cü ildə, bu yay apardığımız müayinələrdə belə hallar aşkarlanmayıb."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti