...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini odla ehtiyatlı olmağa çağırır

Cəmiyyət Materials 20 İyul 2013 13:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini odla ehtiyatlı olmağa çağırır

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 19 iyul 2013-cü il tarixində saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib. Güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 55 hektara yaxın ərazini əhatə edib.

Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.

ETSN-in yerli qurumlarının əməkdaşlarının səyləri ilə yanğın saat 21:50 radələrində tam söndürülüb.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti