...

İranda ötən il ailə quran hər 5 cütlükdən biri boşanıb

Cəmiyyət Materials 20 İyul 2013 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Cəfərov/

İranda 2012-ci ildə boşanma hallarının sayı 2011-ci illə müqayisədə artıb. Trend-in ILNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Əhalinin siyahıya alınması bürosunun direktoru Əli Əkbər Məhzun deyib.

Məhzun bildirib ki, 2011-ci ildə ailə quran hər yeddi cütlükdən biri boşanırdısa, 2012-ci ildə hər beş cütlükdən biri boşanıb.

Məhzun deyib ki, 2012-ci ildə İranda 143 790 boşanma halı qeydə alınıb.

Onun sözlərinə görə, ən çox Qum, Xorasan Rəzəvi, Əlborz əyalətlərində, ən az isə Sistan və Bəluçistan, Yəzd və İlam əyalətlərində boşanma halları qeydə alınıb.

Məlumata görə, boşanma halları, əsasən, yaşı 30-dan aşağı olan gənc cütlüklər arasında baş verib. Boşanan qadınlar, əsasən, 20-24, kişilər isə 25-29 yaş arasında olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti