...

Diasporla İş üzrə Dövlət Komitəsi jurnalistləri təbrik etdi

Cəmiyyət Materials 23 İyul 2013 16:46 (UTC +04:00)
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsi jurnalistləri təbrik etdi

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İzzət/

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Komitə sədrinin birinci müavini Valeh Hacıyev Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adından jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək onların çətin və şərəfli əməyini yüksək qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin işıqlandırılmasında hər zaman jurnalistlərin əməyinin böyük olduğunu vurğulayan Hacıyev qələm sahiblərinə işlərində uğurlar arzulayıb. O, Dövlət Komitəsinin mətbuat nümayəndələri ilə hər zaman əməkdaşlıq etdiyini və bundan sonra da əməkdaşlığın davam edəcəyini bildirib.

Daha sonra tədbirdə iştirak edən 30-a yaxın media nümayəndəsinə hədiyyə kuponları təqdim edilib. Öz növbəsində, jurnalistlər də göstərilən diqqətə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti