...

Yerevanda ictimai nəqliyyatda qiymətlərin artırılmasına qarşı aksiyalar davam edir

Cəmiyyət Materials 24 İyul 2013 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Yerevanda ictimai nəqliyyatda gediş haqqına görə tariflərin artırılmasına qarşı etiraz aksiyaları davam edir.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, səhər saatlarında fəallıq göstərən vətəndaşlar avtobus və mikroavtobuslarda vərəqələr paylayırlar, nümayişkaranə şəkildə gediş haqqı üçün 150 dram əvəzinə 100 dram ödəyirlər və insanları onlardan nümunə götürməyə çağırırlar.

Qeyd edək ki, Yerevanda etiraz aksiyaları artıq dördüncü gününə qədəm qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti