Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Tağıyeva/
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü İƏT-in yaydığı məlumatda deyilir.
E.İhsanoğlu bütün dünya müsəlmanlarına xoşbəxtlik, əmin-amanlıq və sülh arzulayıb.
Baş katib deyib: "Müsəlmanlar birlik və həmrəyliyə can atmalıdırlar. Biz bir-birimizi dəstəkləməliyik, yalnız bu halda müsəlman dünyasının bütün problemlərini həll edə bilərik".