...

Vladimir Putinin səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektlərində avtobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 12 Avqust 2013 12:28 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqədar olaraq şəhərin mərkəzi küçələri bağlanacaq.
Vladimir Putinin səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektlərində avtobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 12 avqust / Trend müxbir M.Əliyev/

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektlərində avtobillərin hərəkəti məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, hava limanından şəhərin mərkəzi istiqamətinə və həmin marşrutla Zuğulba qəsəbəsi istiqamətində olan küçə və prospektlər üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyularaq hərəkətin istiqaməti dəyişdiriləcək.

Yol polisi sıxlıq, yol qəza hadisələri və tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə edilməməsi tövsiyə edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti